Kiyev Rusiya əleyhinə addımları gecikdirməyəcəkbackend

Kiyev Rusiya əleyhinə addımları gecikdirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları Qərb ölkələrinin tədbirləri ilə uzlaşdıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalında məlumat verilib.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə müvafiq fərman imzalayıb. Fərmana əsasən, Avropa İttifaqı və “Böyük yeddilik” (G7) ölkələri tərəfindən Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edildikdən sonra, 15 gün ərzində oxşar sanksiya siyahıları Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına (MTMŞ) baxılması üçün təqdim olunmalıdır.