“Kiyev Qara dənizdəki terror aktları ilə sülh danışıqlarını pozmağa çalışır”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Kiyev Qara dənizdəki “terror” aksiyaları ilə diqqəti korrupsiya qalmaqalından yayındırmağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları öz medialarında videosübutlar dərc etməklə Qara dənizdəki “terror” aktlarında iştirakını faktiki olaraq iddia ediblər.
“Rusiya hər kəsi Qara dənizdə törədilən terror aktlarını pisləməyə və Kiyev rejiminin dağıdıcı hərəkətlərinə qiymət verməyə çağırır”,- deyə Zaxarova vurğulayıb.













