Rəsmi Kiyev Ukraynadakı vəziyyətə nəzarət etmir, öhdəliklərinin yerinə yetirilməsini təmin edə bilmir, bütün fundamental qərarları mahiyyətcə “millətçilər” və onların əlaltıları verirlər.
NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev çıxış edib.
“Kiyev rejimi şəhər və qəsəbələrdə mülki hüquq idarəçiliyini itirməsi nəticəsində öz çarəsiz hərəkətləri ilə əməli olaraq Bandera dəstələrinin nəzarətində olan ərazilərdə hökm sürən xaosu dəstəkləyir, artıq fəlakətli miqyas almış çoxsaylı talan faktlarını görmür”, – general bildirib.
axar.az