Kiyev vilayətində partlayışlar baş veribbackend

Kiyev vilayətində partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Kiyev vilayətində Kanevski su anbarı ərazisində partlayışlar baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Biz Ukraynayıq” telekanalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Kanevski su anbarının ərazisində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumata görə, Kiyev vilayətində həyəcan siqnalı Moskva vaxtı ilə saat 08:11-də elan edilib, o, hələ də qüvvədədir. Bundan əvvəl bu bölgədə həyəcan siqnalı 06:06-da (Moskva vaxtı ilə) elan edilib, iki saat davam edib.

Bundan əvvəl Kiyev vilayətinin administrasiyası bölgədə partlayışlar barədə məlumat vermişdi. Yerli hakimiyyət orqanları başqa təfərrüatları açıqlamayıb.