Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı – VİDEObackend

Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib.

NOCOMMENT.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, – deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.
Qafqazinfo