Kiyevdə “Laçın” döş nişanı hazırlanmağa başlandı…-FOTObackend

Kiyevdə “Laçın” döş nişanı hazırlanmağa başlandı… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyev şəhərində “Laçın” döş nişanı hazırlanır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Moderator.az-a layihənin təşəbbüskarı Ukraynadakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən olan ziyalı soydaşımız Eldar Tağıyev məlumat verib.

Kiçik həcmli olsa da, bu maraqlı və diqqətəlayiq layihə Laçınlı rəssam Yusif Mirzə, eləcə də Qəzənfər Huseyn, Vüqar Novruzov və Fərhad Məmmədovun dəstəyi ilə başa gələcək.

Eldar Tağıyevin sözlərinə görə, “Laçın” döş nişanının hazırlanmasının əsas məqsədlərindən biri də Laçın rayonunun hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhəri və digər kəndlərlə birgə tezliklə azad edilməsi və köçkün soydaşlarımızın o cənnət yurdlarına qayıdışının Qarabağın və bütövlükdə Azərbaycanın taleyindəki rolunu ölkədəki və xaricdəki həmyerlilərimizin diqqətinə çatdırmaqdır.

“Hələlik 100 döş nişanı sifariş vermişik. Əgər gələcəkdə istək, tələbat olarsa, daha çox “Laçın” döş nişanı hazırlayacağıq” –deyə həmyerlimiz əlavə edib.