Ukraynanın paytaxtı Kiyevdə partlayışlar olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Kliçko sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib.
Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun “Şahad” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini bildirib.
Bütün İHA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edildiyini bildirən Popko, hücum nəticəsində yaralanan vətəndaşlar və ya söküntü ilə bağlı hələlik hər hansı məlumat almadıqlarını bildirib.
Sonda, Popko Rusiya qüvvələrinin Odessaya hava hücumu həyata keçirdiyini də qeyd edib.