Kiyevdə üç prezidentin mətbuat konfransı hava həyəcanı ilə kəsildibackend

Kiyevdə üç prezidentin mətbuat konfransı hava həyəcanı ilə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski, İsveçrə prezidenti Alen Berset və Latviya prezidenti Edqars Rinkeviçin, eləcə də Litvanın baş naziri İnqrida Şimonitenin Kiyevdə keçirdiyi birgə mətbuat konfransı hava həyəcanı ilə kəsilib. Tədbir “Rada” telekanalı tərəfindən canlı yayımlanıb.

Verilişdən görünür ki, liderlərin çıxışı başa çatdıqdan dərhal sonra zalda siren səsləri eşidilib. Çıxış edənlər və jurnalistlər cəld zalı tərk edərək bomba sığınacağına yollanıblar.

Lakin Kiyevdə partlayışlar və ya hava hücumundan müdafiə əməliyyatları barədə məlumat verilməyib. Ukrayna mətbuatının yazdığına görə, Kiyevdə xarici liderlərin səfərləri zamanı Ukraynaya yardımın göstərilməsi məsələsinə təsir etmək üçün qəsdən həyəcan siqnalları bir neçə dəfə işə salınıb.