Kiyevin mərkəzində Putinə qeyri-adi “abidə” qoyuldu..- FOTObackend

Kiyevin mərkəzində Putinə qeyri-adi “abidə” qoyuldu…- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə, Bessarabiya bazarı ilə üzbəüz “Özünü güllələ” adlı qeyri-adi müvəqqəti abidə quraşdırılıb. Paslanmış metaldan olan “abidə”ni Xarkovdan olan heykəltəraş Dmitri İv hazırlayıb.

NOCOMMENT.az Moderator.az -a istinadən xəbər verir ki, əsərin müəllifinin Ukrayna mediasına verdiyi məlumata görə, o, bir yaradıcı insan kimi ölkəmizdə baş verənlərdən kənarda qala bilməz.
“İşğalçılar torpağımıza hücum edəndə ağlıma müasir sərt bir heykəl düzəltmək fikri gəldi. Bu, doğma ölkəmdə baş verənlərə mənim sərt baxışımdır. Putin hərbi cinayətkardır. Və bilir ki, onun iki yolu var. birincisi müttəhimlər kürsüsündə oturmaq, ikincisi isə özünü güllələməkdir. Beləliklə, bu işin şüarı peyda oldu: “Putler, işarəti qandın?”,- heykəltəraş Dmitri İv belə deyir.
Bu cür abidə qurmaq arzusu onun ağlına  ay yarım əvvəl gəlib.  Və bütün bu müddət ərzində o, həftənin yeddi günü gündə 10-12 saat işləyib.

“Mənim bir prinsipim var – deməyə sözünüz varsa, qışqırmaq lazımdır. Bu, məhz belə olmalıdır. “Abidə” Lvovda könüllülərin köməyi ilə yaradılıb. Mən onlara maliyyə dəstəyinə görə təşəkkür edirəm. Xüsusilə də Vitali  Zadereyə,. Onun maddi yardımı olmasaydı, bu “abidə” üzə çıxmazdı. O, alət və emalatxana məsələsində də kömək etdi”, – heykəltəraş belə deyib.

Bu gün səhər Şevçenko bulvarının əvvəlində bir vaxtlar Leninin abidəsinin ucaldığı yerdə müvəqqəti “abidə” quraşdırılıb.

Putinin “abidə”sinin hündürlüyü dörd metrdir. Quraşdırmada təxminən 10 min qaynaq nöqtəsi var və çəkisi 350 kiloqrama qədərdir.  Müəllif ümid edir ki, onun qurğusu Ukrayna düşməni məğlub edənə qədər Kiyevin mərkəzində dayanacaq…