Kiyevin nəzarətində olan Xersonda partlayışlar baş veribbackend

Kiyevin nəzarətində olan Xersonda partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın nəzarətində olan Xersonda bir neçə partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko öz Telegram kanalında məlumat verib.

“Şəhərin müxtəlif ərazilərində partlayışlar baş verib”, – deyə Mroçko bildirib.

Ötən axşam Mroçko şəhərin sahilyanı ərazilərində partlayışlar olduğunu bildirib.

Sonra o, yerli sakinləri özlərini qorumağa, təhlükəsiz yerlərə sığınmağa və pəncərələrdən uzaq durmağa çağırıb.

Dnepr çayının sağ sahilindəki ərazinin bir hissəsi, o cümlədən Xerson şəhəri hazırda Ukrayna qoşunlarının əlindədir.