Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatıbackend

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kliniki Tibbi Mərkəzdə (KTM) yeni kadr təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, infeksion xəstəlikləri və klinik mikrobioligiya üzrə mütəxəssis Fərrux Sədirov KTM-in baş infeksionisti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sədirov Fərrux Cəbrayıl oğlu 1983-cü il iyulun 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Xətai rayonu 194 saylı orta məktəbdə alıb. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2007-ci illərdə internatura təhsilini həkim-nevroloq kimi Kliniki Tibbi Mərkəzdə alıb. 2014-2020-ci illərdə Türkiyənin İstanbul Universitetindəki Cərrahpaşa Tibb Fakültəsi, İnfeksion xəstəliklər və Klinik mikrobiologiya üzrə təhsilini davam etdirib.

2008-2009-cu illərdə M.Əliyev adına Respublika Təsərrüfat Hesablı Poliklinikada həkim-nevropotoloq, 2009-2011-ci illərdə 1 saylı Bakı dəmiryol poliklinikasında həkim-nevropotoloq, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanları, N-saylı hərbi hissə həkimi kimi fəaliyyət göstərib.

2020-2021-ci illərdə TƏBİB-in koordinasiyası şöbəsinin Cənub ərazi bölməsi üzrə koordinatoru vəzifəsində çalışıb.