Kliniki Tibbi Mərkəzin mətbuat katibini təhqir edən kanal rəhbəri polisə şikayət əsasında həbs edilibbackend

Kliniki Tibbi Mərkəzin mətbuat katibini təhqir edən kanal rəhbəri polisə şikayət əsasında həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstaqramda özünü “Hülya” TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov polisin həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib.

Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə sosial şəbəkədə paylaşım edərək özünü “Hülya” TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in “102” qaynar xəttinə şikayət etdiyini bildirib.