Vladimir Putinin prezidentliyi dövründə Rusiya-Almaniya münasibətlərinin normallaşmasından söhbət gedə bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl deyib.
“Nə vaxtsa Vladimir Putinlə yenidən eyni masa arxasında əyləşəcəyimizi görmürəm. O vaxt bitdi”, – deyə partiya sədri bildirib.
O, Putin epoxasının sona yaxınlaşdığını vurğulayıb:
“Bu müharibə Putinin sonunu gətirdi. Rusiyada siyasi proseslər sürətlə inkişaf edir. Putin öz ölkəsini bədbəxtliyə aparır”.
axar.az