Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğururbackend

Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısı deyib ki, bu, müvafiq ölkələrin və Avropa İttifaqının imicinə mənfi təsir göstərəcək.

“Ümid edirəm ki, biz gələcəkdə belə qeyri-ciddi hərəkətlərə rast gəlməyəcəyik”, – baş nazir bildirib.

Qeyd edək ki, mayın 15-də Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.