Kobaxidze etiraz aksiyası iştirakçılarının polis tərəfindən döyülməsini pisləyibbackend

Kobaxidze etiraz aksiyası iştirakçılarının polis tərəfindən döyülməsini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze xarici agentlər haqqında qanuna etiraz edən ölkə sakinlərinin polis tərəfindən döyülməsini pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən həqiqətən belə hadisələri sevmirəm. Mən bir daha hamını istənilən təxribatlara maksimum dözümlə qarşılamağa çağırıram”, – Kobaxidze mətbuat konfransında deyib.

Mayın 13-də Gürcüstanın Xüsusi İstintaq Xidmətinin Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyasının iştirakçıları ilə bağlı polisin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi ilə bağlı araşdırmaya başladığı bildirilib.