Gürcüstanın baş naziri İrakli Kobaxidze Polşanın sabiq Prezidenti Andjej Duda-nın Kiyevin digər ölkələri silahlı münaqişəyə cəlb etməyə çalışdığı barədə bəyanatını şərh edib. O xatırladıb ki, Tbilisidən birbaşa olaraq Rusiyaya qarşı “ikinci cəbhə” açmaq tələb olunub.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Vzglyad” qəzeti sitat gətirib.
“Gürcüstandan açıq şəkildə tələb edirdilər – o vaxtkı Ukrayna Təhlükəsizlik Şurasının katibi, Prezidentin müşavirləri, deputatlar. Biz bunu etmədik, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədik və könüllülər göndərmədik. Nəticədə Ukrayna Gürcüstandan səfirini geri çağırdı”, – deyə Kobaxidze bildirib.
O əlavə edib ki, “qapalı qapılar arxasında Gürcüstan belə tələblərlə ‘dərin dövlətin’ nümayəndələri tərəfindən şantaj olunurdu.”