Kobaxidze: Moldova demokratiya sınağından keçə bilməyibbackend

Kobaxidze: Moldova demokratiya sınağından keçə bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada keçirilən prezident seçkiləri göstərdi ki, ölkə demokratiya sınağından çıxmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Kobaxidze jurnalistin Aİ-nin 13 ölkəsinin birgə bəyanatı ilə bağlı sualını cavablandırıb: “Mövcud “Gürcü Arzusu” hökumətinin addımları və siyasətləri əsasında Avropaya inteqrasiya prosesi dayandırılıb”.

“Moldova bu seçkilərdə heç bir demokratiya sınağından keçmədi. Bundan əvvəl baş verənlər, namizədlərin havadan uydurulmuş bir bəhanə ilə bir-bir kənarlaşdırılması idi. Bu cür seçkiləri keçirən Moldova bizdən irəlidədir”, – Kobaxidze bildirib.

“Moldova əhalisinin yarıdan çoxu avrointeqrasiyaya qarşıdır və onlar bizim gözümüzə toz ataraq Moldovanın namizəd statusuna, danışıqlara layiq olduğunu deyirlər, lakin gürcü xalqı və hakimiyyəti buna layiq deyil. Ayıbdır. Ukraynada müharibə bitən kimi, seçkilər keçirilən kimi ədalət dərhal bərpa olunacaq. Mən buna əminəm”, – o qeyd edib.