Kobaxidze: “Xarici siyasətçilərin Gürcüstanın daxili proseslərinə müdaxiləsi qəbuledilməzdir”backend

Kobaxidze: “Xarici siyasətçilərin Gürcüstanın daxili proseslərinə müdaxiləsi qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze avropalı deputatların parlament binası qarşısında keçirilən etiraz aksiyasında çıxış etməsini tənqid edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,hökumət başçısı keçirdiyi brifinqdə xarici siyasətçilərin Gürcüstanın daxili proseslərinə müdaxiləsini qəbuledilməz adlandırıb.

“Səhnədə baş verənlərə gəldikdə isə, müəyyən xarici ölkələrin deputatlarının nümayişdə iştirakı, prinsip etibarilə xarci təsirin şəffaflığıdır. Bu gün parlament binasının qarşısındakı səhnədə xarici siyasətçilərin birbaşa siyasi səhnədə yer alması ilə biz xarici təsirin şəffaflığını görürük. Təbii ki, xaricilərin Gürcüstanın daxili işlərinə kollektiv “Milli Hərəkat” ın xeyrinə müdaxiləsi qəbuledilməzdir. Bu hər şeyi açığa çıxardır. Qalan məsələlərlə bağlı cəmiyyət özü nəticəyə gələcək”, – Kobaxidze deyib.