Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldıbackend

Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rəsmi bildirişlərin yer aldığı “Azdarar” portalı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub. Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 milyon dollar olan vəsait və 10 milyard dramlıq qiymətli kağızlardan gedir.

Məlumata görə, Koçaryanın ölkədə və xarici şirkətlərdəki payları da bura daxildir.