Köçəryan baş nazir olmaq istəyirbackend

Köçəryan baş nazir olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın eks-prezidenti, Qarabağdakı separatçı hərəkatın liderlərindən biri olmuş Robert Köçəryan yenidən siyasətə qayıdır.

NOCOMMENT modern.az-a istinadla xəbər verir ki, eks-prezidentə yaxın mənbələrin bildirdiyinə görə, Koçaryan siyasətə qayıtmağa və gələcəkdə baş nazir postunu tutmağa razıdır.

“Köçaryan siyasi iddialarını xalqın onu dəstəklədiyini hiss etdikdən sonra göstərəcək. Hazırda o, həmin dəstəyin olmadığını söyləyib”, – deyə mənbə açıqlayıb.

Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlmək üçün aktivləşib. Robert Köçəryanın yeni siyasi partiya yaratması ehtimalının yüksək olduğu xəbər verilir.