Köçəryan hakimiyyət-müxalifət dialoqunu pozubbackend

Köçəryan hakimiyyət-müxalifət dialoqunu pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Robert Köçəryanın məqsədi nəyin bahasına olursa olsun Paşinyanın hakimiyyətini devirmək, Paşinyanın məqsədi isə nəyin bahasına olursa olsun hakimiyyətini saxlamaqdır. Eyni zamanda, yekdilliklə dialoq körpülərinin yandırıldığını bəyan etdilər”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.

“Çoxları belə qənaətə gəlib ki, Levon Ter-Petrosyan iqtidar-müxalifət dialoqu ehtimalını əngəlləyib. Sadəcə, onlar başa düşmürlər ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransı və hakimiyyətlə müxalifət arasında dialoqun ertəsi günü hazırkı baş nazir Nikol Paşinyanın müsahibəsi nəticəsində proses artıq relsdən çıxıb”, – deyə Arman Musinyan əlavə edib.