Köçəryan qorxdu: Elə bildim ki, axtalama alətidirbackend

Köçəryan qorxdu: Elə bildim ki, axtalama alətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezident Robert Köçəryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, həmin şəxs bildirib ki, oraq və çəkic hamıya tanışdır. Çəkic korlamaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir.

“Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”, – deyə vardenisli kəndli orağı Robertə uzadıb.

Köçəryan orağı götürüb, etiraf edib ki, aləti görəndə əvvəlcə qorxub: “Elə bildim ki, axtalama alətidir. Xoşbəxtlikdən, yox. Onu təyinatı üzrə istifadə etməyə söz verirəm”, – deyə Köçəryan kəndliyə bildirib.

Bundan əvvəl Köçəryan demişdi ki, Paşinyanın çəkicinə cavab olaraq əlinə hansısa bir alət almağa hazırlaşmır, çünki onun yumruğu elə çəkic kimi möhkəmdir.