Köçəryan Şuşanın adını düzgün səsləndirdi – VİDEObackend

Köçəryan Şuşanın adını düzgün səsləndirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci Prezidenti Robert Köçəryan jurnalistlərə müsahibəsində Şuşadan danışarkən ilk dəfə şəhərin adını düzgün səsləndirib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, o, Sputnik Armenia, RİA Novosti və Russia Today-ə birgə müsahibəsində ermənilərin “Şuşi” adlandırdığı Azərbaycan şəhərinin adını düzgün səsləndirərək Şuşa deyib.

“İnauqurasiyanın Şuşada keçirilməsinə ehtiyac yox idi. Onlar bilirdilər ki, Şuşa çox həssas bir mövzudur. Elə şeylər var ki, üstündən keçmək olmaz, çünki bununla danışıqlar yolu ilə nəyəsə nail oluna biləcəyinə ümid qoymursan. Axı biz də edə bilərdik – mən və ya əvvəlki və ya sonrakı prezidentlər səs-küylə qəbul ediləcək bəzi şüarlarla çıxış edə və alqış qazana bilərdik”,- deyə Koçaryan qeyd edib.