Köçəryanın bloku parlamentdə ara qarışdırırbackend

Köçəryanın bloku parlamentdə ara qarışdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku hakim partiyadan vitse-spikerliyə namizədlərin səsverməsində iştirak etməyəcək.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə müxalif blokdan olan deputat Armen Rustamyan açıqlama verib.

“Hökumətyönlü namizədlərə səs verməsəniz, sizin namizədinizə necə səs verəcəklər” sualına cavab olaraq isə Rüstəmyan bunun şəxsi problem olduğunu və digərlərini maraqlandırmadığını bildirib. “Biz bura seçilmək üçün gəlməmişik. Biz xalqı bu hakimiyyətdən qurtulmalı olduğuna inandırmalı olan müxalifətik”, – deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan müxalifəti üçüncü vitse-spiker vəzifəsinə İşxan Saqatelyanı namizəd göstərib.

Komissiya rəhbərləri vəzifələrinin bölüşdürülməsinə gəlincə, Armen Rustamyan kvotalarından birini “Şərəfim var” blokuna verəcəklərini diqqətə çatdırıb. Hazırda “Ermənistan” bloku “Vətəndaş Müqaviləsi” partiyasının hansı komissiyalara rəhbərlik edəcəyininin müəyyənləşməsini gözləyir.