Köçəryanın məhkəmə dinləməsi təxirə salınıbbackend

Köçəryanın məhkəmə dinləməsi təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəmə dinləməsi martın 1-dək təxirə salınıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hakim Anna Danibekyan keçmiş baş nazirin müavini Armen Gevorkyanın vəkili Erik Aleksanyanın iclasa gəlməməsi üzündən dinləməni təxirə salıb.

Anna Danibekyan bildirib ki, növbəti məhkəmə iclası martın 2-də saat 14:00-da baş tutacaq. Aleksanyanın bugünkü məhkəmədə iştirak etməməsinin səbəbi digər məhkəmədə iştirakı olub.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Hadisə ilə bağlı keçmiş prezident Robert Köçəryanla yanaşı, baş nazirin keçmiş müavini Armen Gevorkyan, keçmiş müadiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov da ittiham olunurlar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Köçəryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.