Köçəryanın prezidentliyə namizədi bəlli oldu: 75 yaşlı Vazgen…backend

Köçəryanın prezidentliyə namizədi bəlli oldu: 75 yaşlı Vazgen…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti, “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryanın prezidentliyə namizədi bəlli olub.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Robert Köçəryan hakimiyyətə gələcəyi təqdirdə, sabiq baş nazir və müdafiə naziri, 78 yaşlı Vazgen Manukyan prezident kürsüsünü tutacaq.

Köçəryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək. O, rəhbərlik etdiyi blokun baş nazirliyə namizədidir.