Köçkünlərin məskunlaşdığı ərazidə sürüşmə olub – VİDEObackend

Köçkünlərin məskunlaşdığı ərazidə sürüşmə olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü yağışların ardından Mingəçevirdə sürüşmə qeydə alınıb. 

NOCOMMENT Baku TV-yə istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı keçmiş turist bazası (turbaza) ərazisində baş verib. Sakinlər gecə saatlarında qəfildən güclü səs-küyə oyanıblar.

Təbiət hadisəsi zamanı Ağdam sakini Vəli Zeynalova məxsus tikilinin ön hissəsi uçub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Turbazada məskunlaşanlar bildirir ki, yaşadıqları ərazidə yayda ilan və həşəratların olması, payız-qış aylarında isə baş verən sürüşmələr onları qorxu içində saxlayır. Hətta gecə saatlarında evlərdən qəribə səslər də gəlir.

Qeyd edək ki, Ağdam, Kəlbəcər və Laçından olan 60-dan artıq köçkün ailəsinin məskunlaşdığı turist bazasında ötən il də sürüşmə hadisəsi baş vermişdi.