Köhnə maşınlara taksi faəiyyəti üçün icazə verilmir…backend

Köhnə maşınlara taksi faəiyyəti üçün icazə verilmir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün fərqlənmə nişanı almadan, tələblərə cavab vermədən, köhnə nəqliyyat vasitələrinə taksi işarəsi qoyan taksilərin fəaliyyətinə icazə verilmir”.

NOCOMMENT xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

BNA rəsmisi qeyd edib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsinin içərisində taksimetriya, sərinkeş, arakəsmə, tələb olunan rəng olmalıdır: “Yeni gətirilmiş qırmızı “London” taksiləri istifadə oluna bilər. Çünki həm texniki cəhətdən, həm də təhlükəsizlik cəhətdən tələblərə uyğundur”.

V.Kərimli əlavə edib ki, şəxsi avtomobildən istifadənin azalması ilə avtomobil, yol və parkinq xərcləri azalır: “Avtobusların istismar xərclərinin azalması və müddətinin artmasına təsir edir. Bildiyiniz kimi, avtobuslar tıxaclarda qaldıqda da ehtiyat hissələri daha tez köhnəlir. Ən əsası operativ nəqliyyat vasitələrinin rahat gediş-gəlişi təmin olunur”.