KoronaVirus İnformasiya Portalı
Köhnə qvardiyanın yeni planıbackend

Köhnə qvardiyanın yeni planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni siyasi şərait yaranıb. 2018-ci ildən start götürən islahatlar ölkənin idarəçiliyində keyfiyyət dəyişikliyinə səbəb olub. İslahatları əngəlləyən, yeniliyə qarşı çıxan köhnə qvardiya təmsilçilərinin bir-birinin ardınca sıradan çıxarılması dəyişikliklərin uzunömürlü olacağına dair qənaəti daha da qüvvətləndirib.

Köhnə qvardiyanın “xaç atası” sayılan akademik Ramiz Mehdiyevin dövlət idarəçiliyində tutduğu mühüm postdan uzaqlaşdırılması maraqlı proseslərin startı kimi qiymətləndirilir. Müşahidəçilərin Mehdiyevin “çətiri” altında olan korrupsioner məmurların bir-birinin ardınca cəzalandırılacağına dair ehtimalları sürətlə özünü doğrultmaqdadır. Dövlət əmlakını taladığı, rüşvət və korrupsiyada ittiham olunduğu üçün həbs edilən icra başçılarının sırasının genişlənməsi bunun bariz nümunəsi sayıla bilər. Yarıtmaz fəaliyyəti ilə əhali arasında narazılığın artmasına rəvac verən müxtəlif ranqlı məmurlara qarşı tədbirlərin bundan sonra da davam edəcəyinə dair anonsların intensiv xarakter alması bu düşərgədə xof yaradıb. Özünüqoruma instintiklərinin işə düşdüyünü indi aşkar müşahidə etmək mümkündür.

Dövlət idarəçiliyindəki təsir imkanlarını itirməklə yanaşı, cəmiyyətdə qorxu hesabına nail olduqları cüzi nüfuzdan da məhrum olan bəlli qrup vəziyyətdən çıxış yolunu “bulanıq suda balıq tutmaqda” görür. Rüşvətxor və korrupsioner məmurların cəzalandırılmasına siyasi rəng vermək, məsələni regional müstəviyə çəkmək cəhdi aşkar sezilir. Son günlər sosial şəbəkələrdə də bu istiqamətdə müzakirələrin artması heç də xoş niyyətdən xəbər vermir. Uzun illər Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün tabeliyində olan trol dəstəsi hakimiyyətdəki ermənistanlı-naxçıvanlı qruplaşmanın “vurulduğuna” dair rəy yaratmağa çalışır. Bu, ucuz təbliğat vasitəsindən başqa bir şey olmasa da, siyasi cəhətdən təcrübəsiz olan insanların bəzən diqqətini cəlb edə bilir.

Əslində, nə baş verir? Korrupsioner məmurların cəzalandırılmasıyla bağlı ortada ciddi siyasi iradə var. 100 il əvvəlin məşhur frazasına müraciət etsək, artıq aşağılar əvvəlki qaydada idarə olunmaq istəmir. Heç “yuxarılar” da əvəvlki qayda ilə idarə etməyə həvəsli deyil. Çoxdan vətənimizin səmasında dəyişiklik rüzgarları əsir. Bu isə köhnə qvardiyanın hər cür yeniliyə qarşı çıxan ətalət basmış təmsilçilərini heç cür qane etmir. Buna görə də aparılan islahatlara rəng verməklə prosesi əngəlləməyə çalışırlar. Rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizəni regional müstəviyə çəkmək cəhdi növbəti ucuz siyasi şoudan başqa bir şey deyil. Aydın məsələdir ki, hüquq-mühafizə orqanları qanunsuz əməl sahibi olan məmurları həbs edəndə, onların şəxsiyyət vəsiqəsinə baxmır.

Təqdirəlayiq haldır ki, əslən sözügedən regiondan olan siyasətçi, ictimai xadim, jurnalist və bloggerlərin heç biri köhnə qvardiyanın “tor”una düşmür. Əksinə, onlar siyasi sayıqlıq nümayiş etdirərək, bu ucuz yalanın ayaq tutub yeriməsinə imkan vermirlər…

YeniSabah