Köhnə sistemlər təhlükə yaradır – 3,65 milyon manatlıq avadanlıq alınırbackend

Köhnə sistemlər təhlükə yaradır – 3,65 milyon manatlıq avadanlıq alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi (Publik Hüquqi Şəxs) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Qan Bankı və Qan Köçürmə Mərkəzi üçün müasir tibbi avadanlıqların satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan məbləği 3 milyon 650 min 256 manat 34 qəpikdir.

Layihə çərçivəsində aferez cihazı, trombosit toplama cihazı, donor qanı komponentlərə ayırmaq üçün avtomatlaşdırılmış aferez sistemi, patogenin azaldılması texnologiyası (PRT) sistemi, mobil boru bağlayıcı, xüsusi altlıqlarla birgə donor kreslosu və digər tibbi avadanlıqların alınması nəzərdə tutulur.