Coca-Cola-nın 2025-ci ilə qədər Almaniyadakı 5 istehsal və logistika müəssisəsini bağlamağı və 500 işçisini ixtisar etməyi planlaşdırdığı iddia edilib.
NOCOMMENT.az xəbər verir ki, dünyaca məşhur içki şirkəti ixtisar etməyə hazırlaşır.
“Coca-Cola”nın Almaniyada 14 istehsal müəssisəsi, 27 yeri və təxminən 6500 işçisi var.
“Coca-Cola”nın Almaniyada qablaşdırma, paylama və satış fəaliyyətini həyata keçirən “Coca-Cola Europacific Partners” (CCEP) bağlanacaq 5 obyekti açıqlayıb.
“Coca-Cola” Neumünster, Bielefeld, Berlin-Hohenschönhausen, Memmingen və Kölndəki zavodlarını bağlayır.
Təxminən 600 nəfərin çalışdığı logistika və istehsal müəssisəsi 31 mart 2025-ci ildə istehsalı dayandıracaq.
“Euronews” xəbər verir ki, bu qərarın getdikcə artan rəqabət mühitində xərcləri azaltmaq və içki sənayesində logistik dəyişikliklərə uyğunlaşmaq məqsədi daşıdığı bildirilib.