“1 Nömrəli Bakı Tibb Kolleci” Publik Hüquqi Şəxsi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender çərçivəsində 1 post üçün 24 saatlıq və 1 post üçün 12 saatlıq mühafizə xidməti təmin olunacaq. Müqavilənin müddəti 10 ay, ehtimal olunan dəyəri isə 37.000,00 AZN təşkil edir.
Qeyd edək ki, kollecin direktoru Nailə Əliyevadır.













