Kolumbiyanın Rusiya Federasiyasındakı səfiri Hektor Arenas Neyra bildirib ki, Boqota böhranın həlli üçün Rusiya və Ukrayna arasında danışıqları dəstəkləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin saytında məlumat verilib.
Diplomatın sözlərinə görə, Kolumbiya prezidenti Qustavo Petro Ukrayna, eləcə də İsraillə bağlı bütün tərəflərin iştirak edəcəyi konfransların keçirilməsinin tərəfdarıdır, çünki bu, sülh yolu ilə həllə nail olmaq üçün lazımdır.
Arenas Neira vurğulamışdır ki, Kolumbiya sülh təşəbbüslərini, eləcə də sülhə nail olmaq və münaqişələrə son qoymağa yönəlmiş istənilən səmimi təşəbbüsü daim dəstəkləyəcək.