Kolumbiya Prezidenti ev həbsinə məhkum edildibackend

Kolumbiya Prezidenti ev həbsinə məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Maqdalena departamentinin ən yüksək məhkəməsi Prezident İvan Dukenin iki sutkalıq ev dustaqlığına məhkum edilməsinə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb. Bildirilib ki, buna səbəb prezidentin məhkəmə qərarını yerinə yetirməməsi olub.

Məhkəmə hesab edib ki, dövlət başçısı məhkəmənin 2020-ci il tarixli qərarına məhəl qoymayıb. Qərara əsasən hakimiyyət Kolumbiyanın şimalında yerləşən Santa Marta şəhərinin 500 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli idi. Ev dustaqlığı ilə yanaşı, prezident cərimələnib.

Qeyd edək ki, Prezident toxunulmazlıq hüququna malik olduğu üçün məhkəmənin qərarı icra olunmaya bilər. Çünki dövlət başçısının inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı ancaq parlament qəbul etməlidir.