Kolumbiya lideri Qustavo Petro Kauk departamentində pilotsuz uçuş aparatları ilə törədilən terror aktından sonra silahlıların mövqelərinin bombalanmasına icazə verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Qustavo Petro “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
O, qeyd edib ki, yaraqlılar mülki insanları bombalamaqla onların bölmələrinin bombalanmasına məcbur edir. “Mən sizə mesaj göndərirəm: tamahkarlığı məğlub edin və Kolumbiya xalqı naminə sülhə gəlin”, – paylaşımda qeyd edilir.
Şənbə günü səhər tezdən Kolumbiya Müdafiə Nazirliyi El Plateado kəndini orada məskunlaşmış “Mərkəzi Baş Qərargah” (latınca EMC-red) qrupunun bölmələrindən təmizləmək üçün “Persey” əməliyyatına başlayıb. Səkkiz min əhalinin olduğu kəndə 1 400 hərbçidən ibarət qrup, zirehli texnika gəlib.