Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın “pedofil klanının” bir hissəsi olduğunu bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə Viory məlumat yayıb.
Kolumbiya prezidenti bildirib ki, “pedofillər dəstəsi demokratiyamızı məhv etmək istəyir. Epşteynin siyahısının ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün onlar balıqçıları öldürmək üçün hərbi gəmilər göndərir və qonşumuz [ Venesuelaya ] neft üçün hücum etməklə hədələyirlər”.
Bundan əvvəl Kolumbiyanın ABŞ-ın Venesueladakı hərəkətləri səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığı bildirilirdi. Petro həmçinin Venesuela lideri Nikolas Maduronun həbsi və onun “onunla yaxın əlaqələri” barədə də fikirlərini bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Maduronun tutulmasından sonra Qustavo Petroya xəbərdarlıq etmişdi. Amerikalı siyasətçi qeyd etmişdi ki, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-a göndərilir. Buna görə də o, kolumbiyalı həmkarına “daha diqqətli olmağa” çağırış etmişdi.













