Kolumbiyada helikopter qəzası nəticəsində 8 nəfər həlak olubbackend

Kolumbiyada helikopter qəzası nəticəsində 8 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter bazar günü ölkənin şərqindəki Viçada departamentində qəzaya uğrayıb.

NOCOMMENT.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bunu Kolumbiya Prezident Qustavo Petro bildirib. Onun sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Prezident qəza qurbanlarının ailələrinə başsağlığı verib.

Bundan əvvəl Kolumbiya Hərbi Hava Qüvvələri “Huey II” helikopterinin tibbi missiyanı yerinə yetirərkən əlaqəni itirdiyini bildirmişdi. Qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb.

Yerli media ölənlər arasında bir neçə zabit və texnikin olduğu barədə məlumat yayıb. İlkin araşdırmalara əsasən, qəzaya pis hava şəraiti səbəb olub.