Kolumbiyada kömür mədənində dəhşətli partlayışbackend

Kolumbiyada kömür mədənində dəhşətli partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

NOCOMMENT xəbər verir ki, partlayışın baş verdiyi əraziyə mülki müdafiə, polis və mədənçilərdən ibarət çoxlu sayda könüllü təşkilat göndərilib.

Santander inzibati bölgəsinin Landazuri şəhərindəki kömür mədənində qaz toplanması nəticəsində partlayış baş verib.

Axtarış-xilasetmə qruplarının səyləri nəticəsində indiyədək 3 mədənçinin cəsədi tapılıb.Santander Risk İdarəetmə Ofisi meneceri Fabian Varqas açıqlamasında daha 2 mədənçinin dağıntılar altında qaldığını bildirib.