Kolumbiyada torpaq sürüşməsi: Ən azı 18 nəfər ölüb, 35 nəfər yaralanıbbackend

Kolumbiyada torpaq sürüşməsi: Ən azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Çoko bölgəsində magistral yolda baş verən sürüşmə nəticəsində ən azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, Kolumbiyanın Çoko bölgəsindəki Quibdo və Medellin şəhərlərini birləşdirən magistralda güclü yağışdan sonra torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində azı 18 nəfərin öldüyü, 35 nəfərin yaralandığı açıqlanıb.

Choco Qubernatorluğundan verilən açıqlamada, müxtəlif nöqtələrdə sürüşmə nəticəsində dağıntıların meydana gəldiyi və yolun müvəqqəti olaraq nəqliyyata bağlandığı açıqlanıb.

Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.