Kolumbiyalı velosipedçi Xuan David Kardenas məşq zamanı mikroavtobusla toqquşaraq faciəvi şəkildə vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 19 yaşlı velosipedçi toqquşma zamanı aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Polisdən verilən açıqlamada velosipedçinin başı aşağı vəziyyətdə məşq etdiyi üçün yol təmiri işlərinə görə dayanan mikroavtobusu görməyərək onun arxa hissəsinə çırpıldığı bildirilib.
Hadisə ilə bağlı onun təmsil etdiyi “JB Cycling” klubu başsağlığı verib.