Yanvarın sonundan bu vəzifədə çalışan Kolumbiyanın xarici işlər naziri Laura Sarabia istefa verdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun qərarının səbəbi hökumət daxilində pasportların hazırlanması üçün podratçının seçilməsi ilə bağlı fikir ayrılığıdır.
“Son günlər razı olmadığım və şəxsi prinsipiallıq və institusional hörmətə görə dəstəkləyə bilmədiyim qərarlar qəbul edilib”, – Sarabia prezident Qustavo Petroya məktubunda bildirib.