Köməkçisi ilə öpüşən nazir istefa verdi – VİDEOLARbackend

Köməkçisi ilə öpüşən nazir istefa verdi – VİDEOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ətrafında yaranmış qalmaqaldan sonra istefa qərarını elan edib.

NOCOMMENT Avropa mətbuatına istinadən xəbər verir ki, bu barədə nazir özünün tvitter səhifəsində mlumat verib.

O, yayımladığı video məlumatda sevgilisi ilə görüşməklə sosial məsafə qaydalarını pozduğuna görə üzr istəyib: “Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam”.

Qeyd edək ki, Britaniyanın “The Sun” qəzeti 41 yaşlı nazirin öz köməkçisi, Oksford Universitetində çoxdan tanıdığı və bir iş adamı ilə evli olan 42 yaşlı Gina Koladancelo ilə qucaqlaşaraq öpüşdüyünü əks etdirən video yayımlayıb. Həmin vaxt ölkədə eyni dam altında yaşamayanların bir-biri ilə məsafə saxlamalı olduğuna dair qərar qüvvədə idi. Bu qayda ölkə sakinləri arasında geniş şəkildə yayılmış “qucaqlaşma qadağası” kimi tanınırdı və qərarın icrasına israr edənlərdən biri də nazir M.Henkok olub. O, qaydalara zidd olaraq öz atasını da qucaqlamayacağını bəyan edirdi.