Köməksiz vəziyyətdə qalan qadın belə xilas edildi – VİDEObackend

Köməksiz vəziyyətdə qalan qadın belə xilas edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 metr olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.