Komitə azyaşlı qızın qaçırılmasını araşdırırbackend

Komitə azyaşlı qızın qaçırılmasını araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, məsələ operativ olaraq nəzarətə götürülüb.

Məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcək.