Komitə sədri: Ermənistanda jurnalistlərin fiziki təzyiqə məruz qalması halları artıbbackend

Komitə sədri: Ermənistanda jurnalistlərin fiziki təzyiqə məruz qalması halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il Ermənistan mətbuatı üçün gərgin keçib”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistan Azad sözü Müdafiə Komitəsinin sədri Aşot Melikyan yanvarın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci il Ermənistan mətbuatı üçün ən gərgin keçib və sınaq ili olub: “13 KİV 700 min dram (təxminən 2 min ABŞ dolları), bir KİV isə 1,5 milyon dram (4 min dollara yaxın) məbləğində cərimələnib. Ötən il ölkə üzrə jurnalistlərin hüququ 273 hadisədə pozulub. 6 halda fiziki təzyiqə məruz qalıb, 11 nəfər xəsarət alıb. 117 halda KİV-ə təzyiq göstərilib. 90 halda KİV-in informasiya alıb yaymaq hüququ pozulub. Ötən il ərzində jurnalistlərə qarşı 72 yeni məhkəmə işi açılıb”.