Komitə sədrindən çağırış – Bayramla bağlı fətvaya əməl edinbackend

Komitə sədrindən çağırış – Bayramla bağlı fətvaya əməl edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.

NOCOMMENT.az-ın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, – Dövlət Komitəsinin sədri qeyd edib/

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.