Kömür mədənində partlayış – 7 nəfər öldübackend

Kömür mədənində partlayış 7 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada mədəndə baş vermiş partlayışda ölənlərin sayı 7 nəfərə çatıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, xilasedicilər Cucunuba bələdiyyəsində kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşən 4 şaxtaçının cəsədini tapıblar.

Daha əvvəl 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü bildirilirdi.

İlkin məlumata görə, cümə axşamı baş verən partlayışa səbəb qaz yığılması olub. Hadisə baş verən zaman içəridə 11 mədənçinin olduğu deyilir.