Kömür mədənində partlayış: Ölənlər varbackend

Kömür mədənində partlayış: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, partlayış nəticəsində 9 işçi həyatını itirib, 4 işçi isə yaralanıb.

Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib.

İlkin araşdırmalara görə, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, Pakistanda təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən ölümlə nəticələnən mədən qəzaları tez-tez baş verir.

Jalə Bədirova

NOCOMMENT.az