Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlamabackend

Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Hüseynbala Əliyev küçəsində quraşdırılan kondisionerli dayanacağın içərəsində meyvə-tərəvəz, sular və sair yerləşdirildiyini əks etdirən görüntülər yayılıb. Həmin foto insanlar arasında müzakirələrə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev yeniavaz.com-a açıqlamasında bildirdi ki, sözügedən dayanacaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilib. Həmin görüntülər isə gecə saatlarında çəkilib.

Orada kiçik köşk də fəaliyyət göstərir. Gecə saatlarında ora mal gəlib, hara boşaltsınlar? Müvəqqəti ora yığıblar, sonra köşkə yerləşdirilib. Burada başqa bir məsələ yoxdur”, – deyə o qeyd edib.