Konqo Demokratik Respublikasında üsyançılar arasında toqquşma: Ölənlər varbackend

Konqo Demokratik Respublikasında üsyançılar arasında toqquşma: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki İturi əyalətində iki üsyançı qrup arasında baş verən qarşıdurmada 39 nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, “Konqonun İnkişafı Naminə Alyans” (CODECO) üsyançı qruplaşmasının üzvləri İturi əyalətinin Afoyorvot kəndinə hücum ediblər.

Bölgədəki digər üsyançı qrup olan “Zair”in üzvləri “CODECO” üzvlərinə atəş açıb və iki qrup arasında saatlarla qarşıdurma yaşanıb.

Münaqişədə CODECO-nun 25 üzvü, 11 Zair üzvü və 3 mülki vətəndaş həyatını itirib.

NOCOMMENT.AZ